Tramp Yaxın Şərqə getmək niyyətindədir

   Tramp Yaxın Şərqə getmək niyyətindədir
  22 Yanvar 2025    Oxunub:300
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqə səfərə getməyi düşündüyünü, amma səfərin hələ yaxın gələcəkdə baş tutmayacağını bildirib.
O bu barədə Ağ Evdə mətbuata açıqlama verdiyi zaman danışıb. Digər tərəfdən, onun Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof ötən gün bildirib ki, Tramp İsrail və HƏMAS arasında əsir mübadiləsinin icrasını görmək üçün Qəzzaya getməyi planlaşdırır.

ABŞ Prezidenti həmçinin HƏMAS əsirliyindən qurtulan İsrail əsirlərinin vəziyyətinə görə təəssüfləndiyini diqqətə çatdırıb. Eyni zamanda, onların azadlığa çıxmalarında özünün rolunu açıq-aşkar vurğulayıb

"Mən olmasaydım, qayıda bilməzdilər", - o deyib.

Digər tərəfdən, əsir mübadiləsi barədə məlumatlı mənbələr də "Times of Israel" xəbər saytına açıqlamalarında Donald Trampın, habelə Vitkofun bu prosesdə rolunu tərifləyirlər:

"Onlar xüsusilə İsrailin Baş naziri Benyamin Netanyahuya təzyiq göstərməklə razılaşmanın həyata keçirilməsinə töhfə veriblər. Co Bayden bu işi bacarmadı".

Xatırladaq ki, Tramp ötən ay "andiçmə mərasiminədək əsirlər azadlığa çıxmasalar, Yaxın Şərqi ağır cəzalandırmaqla" hədələmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Tramp   Yaxın-Şərq  





Xəbər lenti