Dərmandan zəhərlənən 58 yaşlı kişi öldü

Dərmandan zəhərlənən 58 yaşlı kişi öldü
  27 Yanvar 2025    Oxunub:456
Sumqayıtda dərmandan zəhərlənən 58 yaşlı kişi ölüb.
1966-cı il təvəllüdlü Ramiz Pirqulu oğlu Piriyev Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində qəbul etdiyi dərman həblərindən zəhərlənib.

O, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Aparılan müalicə və müayinələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
AzVision.az


Teqlər:





Xəbər lenti