Kreml: “Qarşıda uzun yol var”

  Kreml:  “Qarşıda uzun yol var”
  19 Fevral 2025    Oxunub:551
Rusiya ilə ABŞ arasında münasibətləri normallaşdırmaq üçün uzun bir yol var, onları bir gün və ya həftə ərzində “düzəltmək” mümkün deyil.
AzVision.azxəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın və Vaşinqtonun nümayəndə heyətlərinin Ər-Riyadda keçirdikləri danışıqları bu yolda atılan ilk, lakin çox vacib addım kimi qiymətləndirib.

Putin və Tramp bu ay görüşə bilərlər
Peskovun fikrincvə, Rusiya və ABŞ liderləri arasında görüşü təşkil etmək Rusiya XİN xətti ilə müəyyən vaxt və hazırlıq tələb edəcək. Çünki bu nazirlik vasitəsilə müəyyən hazırlıq işləri görülməlidir.

Ukrayna tərəfdən kimin danışıqlarda iştirak edəcəyi barədə sulaın cavabında isə, rusiyalı məmur bildirib ki, bununla bağlı qərarı Kiyev verməlidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   ABŞ   danışıqlar  





Xəbər lenti