Psixiatriya müəssisələrində sıxlıq problemi var

   Psixiatriya müəssisələrində sıxlıq problemi var
  03 Mart 2025    Oxunub:426
Səhiyyə Nazirliyinin tabeliyindəki psixiatriya müəssisələrində sıxlıq problemi qalmaqdadır.
Bu barədə Azərbaycanda insan hüquqlarının qorunması haqqında Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanının) 2024-cü il üzrə məruzəsində qeyd olunub. Bildirilib ki, bu müəssisələrdə həkim və orta tibb heyəti üzrə kadr çatışmazlığı mövcuddur.

Həmçinin qeyd olunub ki, narkoloji tibb müəssisələrində müalicə üçün növbə gözləyənlərin sayı kifayət qədərdir. Burada da ixtisaslı kadrların - narkoloq və kliniki psixoloqların çatışmazlığı mövcuddur ki, həmin peşə üzrə mütəxəssislərin də sayının artırılması vacibdir.

AzVision.az



Teqlər:





Xəbər lenti