Azərbaycanda artıq bir sıra sahələrdə süni zəka tətbiq olunur

Azərbaycanda artıq bir sıra sahələrdə süni zəka tətbiq olunur
  15 Mart 2025    Oxunub:416

Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanıb. Bizim üçün vətəndaşların rəqəmsal biliklərinin artırılması çox vacibdir.
AzVision.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi nəzdində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov XII Qlobal Bakı Forumunda “Yeni dünya üçün yeni texnologiyalar” mövzusunda panel iclasındakı çıxışında belə deyib.

“İnsanların süni zəkadan faydalanması üçün Azərbaycanda çox unikal sistem yaratmışıq. Hazırda biz 4SİM olaraq İqtisadiyyat Nazirliyi və Vergi Xidmətinin “Çağrı mərkəzi”ndə zənglərin araşdırılması üçün məhz süni zəkanın tətbiqi üzərində işləyirik. Bir sıra sahələrdə Azərbaycanda artıq süni zəka tətbiq olunur. Vətəndaşların üzünün tanınması proqramını istifadəyə vermişik. Hazırda milyona yaxın vətəndaş bu proqramdan istifadə edir”, - Fariz Cəfərov bildirib.

AzVision.az


Teqlər: Azərbaycan     tətbiq  





Xəbər lenti