Vəkilə böhtan atan hüquqşünas cəzalandırıldı

Sabunçu Rayon Məhkəməsinin 11.06.2024-cü il tarixli hökmü ilə Abdulla Əfəndizadə Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilib, üzərinə yalan olduğunu bilə-bilə paylaşdığı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı kütləvi informasiya vasitəsində rəsmi qaydada təkzib vermək və məlumatları yaymasına görə üzr istəmək, vurduğu mənəvi zərərə görə təzminat ödəmək öhdəliyi qoyulub.
Hökmdən Abdulla Əfəndizadənin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 13.09.2024-cü il tarixli qərarı ilə təmin edilməyib.
Bu qərardan Abdulla Əfəndizadə kassasiya şikayəti vermişdi. Martın 14-də Ali Məhkəmədə baxılan şikayət təmin olunmayıb və qərar qüvvədə saxlanılıb.
AzVision.az
Teqlər: