Əsəd Məcid Xan Azərbaycanın İƏT-in fəal üzvlərindən olduğunu, ölkəmizin təşkilatın fəaliyyətinin genişləndirilməsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış etməsindən məmnunluğunu ifadə edib.
Görüş zamanı üzv ölkələr arasında ticarət, nəqliyyat, maliyyə, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində İƏT-in mühüm rol oynaya biləcəyi qeyd edilib, sahəvi nazirlərinin, o cümlədən maliyyə nazirlərinin toplantılarının, həmçinin üzv ölkələrin iş adamlarının iştirakı ilə biznes forumların keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, İƏT Ticarət və İnkişaf Bankının rolunun daha da artırılmasının, Bank tərəfindən regionda ticarət və nəqliyyat əlaqələrinin, həmçinin üzv ölkələrin iqtisadi inkişafına töhfə verəcək layihələrin maliyyələşdirilməsində yaxından iştirakının vacibliyi qeyd olunub.

AzVision.az