Müəllimi döyənlər saxlanılıblar

   Müəllimi döyənlər saxlanılıblar
  15 Mart 2025    Oxunub:455
Şəmkir rayonunda müəllimi döyməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun AzVision.az -a verilən məlumata görə, faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, müvafiq ekspertiza təyin olunub.

O. Məmmədova müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti