Ərdoğan futbol oynadı - 3 qol atdı + FOTOLAR

Ərdoğan futbol oynadı - 3 qol atdı + FOTOLAR
  27 İyul 2014    Oxunub:1623
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iyulun 26-da İstanbulda Fatih Terim Stadionunun açılışında futbol oynayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin əsas futbol liqası – Super Liqada çıxış edən İstanbulun “Başakşəhər” klubunun oyunlarının keçiriləcəyi stadionun açılışını qardaş ölkənin Baş naziri, prezident seçkilərində namizəd Rəcəb Tayyib Ərdoğan edib.

Stadionun açılışından sonra ölkənin tanınmış şəxslərinin yer aldıqları rəmzi “Narıncı” və “Ağ” komandalar arasında matç keçirilib. Türkiyə keçiriləcək 12-ci prezident seçkiləri ilə əlaqədar 12 nömrəli formada “Narıncı” komandanın heyətində meydana çıxan R.T.Ərdoğan üç qol vurub. Tamaşaçılar Baş nazir R.T.Ərdoğanın qollarını böyük coşqu ilə qarşılayıblar.

Qarşılaşma narıncıların 9:4 hesablı qələbəsi ilə başa çatıb.
Baş nazirlə yanaşı, oyunda oğlu Bilal Ərdoğan, gənclik və idman naziri Akif Çağatay Kılıç, Türkiyə Futbol Federasiyasının rəhbəri İldırım Demirörən, “Başakşəhər” Futbol Klubunun prezidenti Göksel Gümüşdağ, Acun Ilıcalı, və digərləri də iştirak ediblər.

Qalereya




Teqlər:  





Xəbər lenti