Qətər 2 milyard dollarlıq PUA alıb

Qətər 2 milyard dollarlıq PUA alıb
  27 Mart 2025    Oxunub:1481
ABŞ Dövlət Departamenti Qətərə pilotsuz uçuş aparatları və əlaqəli sistemlərin təxminən 2 milyard dollarlıq potensial satışını təsdiqləyib.
Bu barədə hökumətlərarası müqavilələr üzrə xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat verib.

Bəyanatda vurğulanıb ki, Qətər hakimiyyəti əvvəllər ABŞ-dən səkkiz MQ-9B PUA, AGM-114R2 Hellfire II raketləri də daxil olmaqla döyüş sursatları, həmçinin idarəetmə və rabitə də daxil olmaqla müxtəlif sistemlər istəyib.

“Təklif olunan satış dost dövlətin müdafiəsini gücləndirməklə ABŞ-nin xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq”, – agentlik bildirib.

ABŞ administrasiyası artıq Konqresi silah və texnikanın mümkün satışını təsdiqləmək barədə qərarını xəbərdar edib. Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və onu bloklamaq üçün 30 günü var.
AzVision.az



Teqlər: PUA  





Xəbər lenti