Paşinyan: “Qarabağ hərəkatı” Ermənistana maneə idi

      Paşinyan:    “Qarabağ hərəkatı” Ermənistana maneə idi
  26 Mart 2025    Oxunub:1421
Ermənistanın baş naziri Nikol Paşinyan vaxtilə Azərbaycan ərazisində separatçılıq alovunu qızışdırmış “Qarabağ hərəkatı”nın Ermənistan dövlətinin quruculuğununda maneə olduğunu bildirib.
AzVision.az Erməni mediasına istinadən xəbər verir ki, Nikol Paşinyan Ermənistan parlamentində “Hökumət saatı” zamanı çıxışında İrəvanın güzəştləri ilə bağlı sualı cavablandırarkən belə deyib.

Ermənistan parlamenti Aİ-yə üzvlüyü dəstəklədi
Paşinyan, həmçinin indiki məqamda belə açıq şəkildə etiraf edilməli olan məsələlərin mövcudluğunu da vurğulayıb.

Qeyd edək ki, bu gün Ermənistan parlamenti ikinci, yekun oxunuşda ölkənin Avropa İttifaqına (Aİ) daxil olması prosesinin başlanmasına dair qanun layihəsini qəbul edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Pşainyan   maneələr  





Xəbər lenti