“Müqaviləni pozaraq suyumuz kəsilərsə, bütün gücümüzlə cavab verəcəyik. Bu, müzakirə oluna bilməz. Silahlı qüvvələrimiz ölkənin suverenliyini müdafiə etməyə tam qadirdir və buna hazırdır”, - baş nazir Pakistan Hərbi Akademiyasında kursantların buraxılış mərasimində çıxışı zamanı deyib.
![]() |
Hindistan-Pakistan sərhədində atışma olub |
- Sülh bizim arzumuzdur, lakin bu, zəiflik kimi qəbul edilməməlidir”, - Pakistan hökumətinin başçısı vurğulayıb.
Xatırladaq ki, Hindistanın şimalında turistlərə hücum nəticəsində 26 nəfər ölüb, onlarla insan yaralanıb. Hücuma görə məsuliyyəti Pakistanda yerləşən “Ləşkər-e-Taibə”nin qolu olan “Müqavimət Cəbhəsi” öz üzərinə götürüb.
Sahil İsgəndərov
AzVision.az