Sabah bəzi yerlərdə hava arabir yağıntılı olacaq

Sabah bəzi yerlərdə hava arabir yağıntılı olacaq
  26 Aprel 2025    Oxunub:452
Azərbaycanda aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.
AzVision.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək, axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 12-14°, gündüz 22-27° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi proqnozlaşdırlır. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-16°, gündüz 24-29° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı bildirilir.

AzVision.az


Teqlər: sabah   hava  





Xəbər lenti