Təlimin ilk günündə özünütəqdimatlar və interaktiv müzakirələr keçirilib. İştirakçılara real təcrübələr vasitəsilə effektiv liderlik bacarıqları aşılanıb, menecer və lider arasındakı fərqlərdən, buna dair real keyslərdən danışılıb. Situativ və sistem idarəetmə texnologiyası istiqamətində davam edən intensiv təlim iştirakçıların marağına səbəb olub.
Naxçıvan Təlim Mərkəzi tərəfindən xüsusi hazırlanan “Rəhbərlər üçün İnkişaf Proqramı”nın məqsədi səlahiyyət sahibi olan top-menecerlərin uğurlu komanda quruculuğu və liderlik bacarıqlarının artırılması, yeni model idarəçilik tərzlərinin təşviqidir. 32 saatı əhatə edən təlim sessiyalarına şöbə və sektor müdirləri, böyük mütəxəssislər cəlb olunublar. Proqramı müvəffəqiyyətlə bitirən iştirakçılara serifikatlat təqdim ediləcək.
Qeyd edək ki, Naxçıvan Təlim Mərkəzi – Muxtar Respublika ərazisində dövlət qurumlarının əməkdaşlarının peşəkar inkişafı və gənclərin peşə bacarıqlarının artırılması məqsədilə ixtisaslaşdırılmış təlimlər və proqramlar həyata keçirən publik hüquqi şəxsdir.
AzVision.az