İran - Ermənistan dostluğunun sirri

İran - Ermənistan dostluğunun sirri
  18 Yanvar 2013    Oxunub:5424
The Hill müsəlman İranla xristian Ermənistan arasındakı qəribə və məcburi dostluğun sirlərini açıb.
Amerikanın The Hill qəzeti, Oksford Universitetinin humanitar elmlər üzrə namizədi Arut Harri Semercyanın İran və Ermənistan arasında uğurlu əməkdaşlığa, eləcə də onun səbəblərinə dair məqaləsini dərc edib.

The Hill qəzeti yazır ki, ”Qərbin İrana qarşı sanksiyalarını sərtləşdirdiyi bir vaxtda , bu ölkənin yeganə xristian qonşusu olan Ermənistan, İslam Respublikasına tamamilə əks münasibət göstərir. Siyasi təzyiqlər, eləcə də imkanlarının məhdudluğu səbəbindən dənizə çıxışı olmayan Ermənistan, yalnız bir məqsədlə-mövcud olmaq xətrinə Qərbə tamamilə zidd mövqe nümayiş etdirir”.

Məqalənin müəllifi həmçinin Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Bildirib ki, atəşkəs rejimi elan olunsa da , hər iki ölkə texniki olaraq müharibə şəraitində yaşayır.

Semercyanın sözlərinə görə “İran Cənubi Qafqazda öz təsir gücünü qoruyub saxlamaq uğrunda daim Türkiyə və Rusiya ilə mübarizə aparıb”.

“Ermənistan və İran liderləri hər dəfə görüşdüklərində ölkələrinin min illərə söykənən tarixi əlaqələri olduğunu xüsusi vurğulayırlar. Hazırda İranın erməni diasporu 150 min nəfərdən ibarətdir”-deyə qəzet yazır.

Semercyan qeyd edir ki, Təkcə Şimali İranda 15 milyon etnik azərbaycanlı yaşayır və bu İranı çox ciddi narahat edir. Belə ki, Tehran Azərbaycanlıların üsyan qaldıra biləcəklərindən qorxur. Buna görə də Azərbaycanın zəifləməsini istəyir ki, bu da Ermənistanın istəkləri ilə üst-üstə düşür. Məhz bu birgə istək, Azərbaycana zərbə vurmaq arzusu İranla Ermənistan arasındakı qəribə dostluğun sirridir.

“ İran Ermənistan üçün əsasən mövcudluğunu qoruyub saxlamaq üçün lazımdır, İran üçün isə Ermənistan beynəlxalq aləmə yeganə çıxış yolu və Azərbaycana təsir etmək üçün əvəzolunmaz vasitədir. Bununla yanaşı rəsmi Yerevan İranla dostluq münasibətlərinin Rusiya və Qərblə əlaqələrinə heç bir mənfi təsir etmədiyini bildirir.

Rusiya Ermənistanın strateji tərəfdaşı olaraq qalır, Ermənistan ABŞ və Avropa İttifaqı ilə isti münasibətlərinə davam edir ”-deyə məqalədə qeyd olunur.

“Ötən il erməni-fars münasibətləri həddindən artıq məhsuldar olub, belə ki tərəflər mühüm iqtisadi layihələr həyata keçirmək , eləcə də, sərhəddə SES inşa etmək və s. barədə razılığa gəliblər.

Bu baxımdan , Yerevan və Tehran arasında inkişaf edən münasibətlərin Vaşinqtonun səbr kasasını daşıra biləcəyi və Ermənistana qarşı mövqeyini dəyişə biləcəyi istisna edilmir.”

Məqalədə bildirilir ki,” Birləşmiş Ştatlar, məhz İran və Ermənistan üzərində daimi nəzarət əldə etmək məqsədilə Ermənistanın Avropaya çıxışını təmin etmək üçün Ankaradan Ermənistan-Türkiyə sərhədlərini açmağı tələb edir. Bundan başqa , ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində səylərini gücləndirməlidir. Daha sonra Vaşinqton Ermənistana regional iqtisadi proqramlara inteqrasiya etməyə kömək etməli, eləcə də “Çərçivə Sazişi” çərçivəsində Ermənistan-ABŞ iqtisadi münasibətlərini inkişaf etdirməlidir. Ancaq bu halda ABŞ Ermənistanın İrandan asılılığını azalda bilər.”

Qeyd edək ki, Ermənistanın problemlərinin çoxu yalnız Azərbaycana və ümumilikdə türk dünyasına aqressiyasından əl çəkəcəyi təqdirdə həllini tapa bilər.

Yalnız işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək Ermənistana regional layihələrdə iştirak etmək imkanı yaradacaq və avtomatik olaraq ölkədə həyat səviyyəsi yüksələcək.


Teqlər:





Xəbər lenti