Vulin: "Sanksiyalar bizə 15 milyard avroya başa gələcəkdi"

   Vulin:    "Sanksiyalar bizə 15 milyard avroya başa gələcəkdi"
  10 Aprel 2025    Oxunub:870
Rusiyaya qarşı sanksiyalar Serbiyaya 15 milyard avroya başa gələcəkdi və bu cür itkilər ölkəni məhv olmaq riski ilə üz-üzə qoya bilərdi.
Bu barədə TASS-a Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin məlumat verib.

Serbiyanın Baş naziri Rusiyadan kömək istəyib
“Əgər biz Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı əsassız və isterik siyasətinin ardı ilə getsəydik, Serbiya birbaşa olaraq ən azı 15 milyard avro itirərdi. Aİ-də heç kimin bunu kompensasiya etməyi ağlına belə gətirməzdi”, - o qeyd edib.

Vulin həmçinin vurğulayıb ki, Serbiya Ukraynadakı "müharibəni maliyyələşdirməyə" hazır deyil.

"Avropa İttifaqının Serbiyaya bu məsələlərdə az əhəmiyyət verməsi isə onu göstərir ki, bizim Rusiyaya qarşı sanksiyalarımız Moskvaya hətta minimal ziyan vurmayacaq, əksinə, bizi məhv edəcək. Amma Aİ bunu etməkdə israrlıdır”, - Serbiya baş nazirinin müavini gileylənib.

Xatırladaq ki, bundan öncə TASS-a açıqlama verən mənbələrdən biri iddia etmişdi ki, Aİ Aleksandr Vulinin sanksiyalar daxil edilməsi proseduruna başlayıb. Buna səbəb Vulinin Avropa Parlamentindəki çıxışı olub. O, burada Brüssel və Moskva ilə münasibətlərə dair bir sıra diqqət çəkən açıqlamalar vermişdi. Agentliyin mənbəsi onu da bildirib ki, Brüssel Serbiya prezidenti Aleksandr Vuçiçə Vulinin yeni hökumətdən uzaqlaşdırılması tələbi irəli sürüb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Serbiya     Rusiya  





Xəbər lenti