ABŞ İrandan olan bir şəxs və beş şirkətə qarşı sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilən məlumatlara görə, məhdudiyyətlər İran vətəndaşı və İslam Respublikasında yerləşən beş şirkətə aiddir.
Sənəddə həmçinin bildirilir ki, sanksiyalar İranın nüvə proqramına nəzarət edən əsas şirkətlərə dəstək iddiası əsasında tətbiq olunub. ABŞ administrasiyasının məlumatına görə, məhdudiyyətlərə tabe olan fiziki və hüquqi şəxslər Tehranın nüvə silahının hazırlanmasında istifadə edildiyi iddia edilən kritik texnologiyaları tədarük və ya istehsal ediblər.
Qeyd edək ki, sanksiya siyahısına daxil edilmə ABŞ-dəki aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin siyahıya alınmış şəxslərlə iş aparmasının qadağan olunması deməkdir.
AzVision.az
Teqlər: