Paris Fələstin dövlətini tanımağa hazırlaşır?

   Paris Fələstin dövlətini tanımağa hazırlaşır?
  10 Aprel 2025    Oxunub:624
Fransa prezidenti Emmanuel Makron Fransanın bu ilin iyununda Fələstin dövlətini tanıya biləcəyini açıqlayıb.
AzVision.az xəbər verir ki, Makron bunun Fransanın Səudiyyə Ərəbistanı ilə birgə təşkil etdiyi beynəlxalq konfrans çərçivəsində baş tuta biləcəyini deyib.

“Bizim Fələstin dövlətinin tanınması istiqamətində hərəkət etmək öhdəliyimiz var və bunu yaxın aylarda edəcəyik. Fransa Fələstin dövlətini tanıya bilər və mən bunu bu və ya digər tərəfi razı salmaq üçün yox, haqlı olduğu üçün edəcəyəm. Eyni zamanda, İsrailin təhlükəsizliyinin qorunması şərti ilə”, - Makron prezident təyyarəsinin göyərtəsində Fransanın 5-ci kanalının jurnalisti ilə söhbətində bildirib.

Qəzzada humanitar vəziyyətə də toxunan Fransa prezidenti, sektordakı uşaqların halına görə ağrı hissi keçirdiyini vurğulayıb. O, vəziyyətin indiki qədər dözülməz və çətin olmadığına diqqət çəkərək, Qəzzaya yardımın bərpasının “mütləq prioritet” saydığını söyləyib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Fransa   Fələstin   tanınma  





Xəbər lenti