ABŞ Yəməni yenidən bombalayıb

   ABŞ Yəməni yenidən bombalayıb
  10 Aprel 2025    Oxunub:559
ABŞ Hərbi Hava Qüvvələri gecə saatlarında Yəməndə iranyönümlü "Husi" qruplaşmasına məxsus obyektlərə aviazərbələr endirib.
Husilərin yaydıqları məlumata görə, hava hücumları paytaxt Sənada, Səbəin qəsəbəsində, habelə ölkənin qərbində yerləşən Kəməran adasındakı obyektlərə tuşlanıb. Əvvəlki hücumla birgə ölənlərin sayı 13-ə çatıb. Husilər, eyni zamanda, ABŞ-yə məxsus daha bir "MQ-9" kəşfiyyat pilotsuz uçuş aparatını (PUA) vurduqlarını bildiriblər.

ABŞ Ordusunun Mərkəzi Komandanlığı aviazərbələrlə əlaqədar hər hansı şərh verməyib.
Husilər ABŞ PUA-sını vurublar

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın martın 15-də verdiyi gözlənilməz əmrə əsasən, ABŞ Hərbi Hava Qüvvələri Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşmasının mövqelərinə aviazərbələr endirməyə başlayıb. Öz növbəsində, husilər də ciddi əks-hücuma keçiblər. Onlar "Qəzza zolağında mühasirə başa çatmayınca bu ölkə ilə əlaqəli gəmiləri Qırmızı dəniz və ətraf sularda hədəfə alacaqlarını" diqqətə çatdırıblar. Ümumilikdə, ABŞ qırıcıların Yəmənə aviazərbələri nəticəsində indiyədək 79 nəfər ölüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   husilər   münaqişə  





Xəbər lenti