Panamadan Rusiyadakı səfir ilə bağlı maraqlı qərar

Panamadan Rusiyadakı səfir ilə bağlı maraqlı qərar
  08 Aprel 2025    Oxunub:1022
Panama Xarici İşlər Nazirliyi (XİN) Rusiyadakı səfiri Holman Delbert Catlin Todla bağlı diqqət çəkən qərar verib. XİN təcrübəli səfir geri çağırmaq qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə “La Prensa” qəzeti Panama XİN-ə istinadən məlumat yayıb.

Nəşr xatırladıb ki, Ketlin Todd öz vəzifəsinə cəmi iki ay əvvəl başlayıbmış Qısa zamanda onun işdən uzaqlaşdırılması bir sıra suallar yaradıb: "Diplomat etimadnaməsinin surətlərini fevralın 10-da Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkova təqdim etmişdi".

XİN isə bu qəribə hadisəyə diplomatik don geyindirib. Qeyd edilib ki, səfir vəzifəsi sərbəst şəkildə təyin edilir və o istənilən vaxt dəyişdirilə də bilər: "Buna görə də onun vəzifədən azad edilməsi ictimai əsaslandırma tələb etmir. Panamanın Moskvadakı diplomatik missiyasına kimin rəhbərlik edəcəyi hələlik məlum deyil".

Qeyd olunub ki, Ketlin Todd böyük təcrübəyə malik və yaxşı karyera qrumuş bir diplomatdır. Qəzetin yazdığına görə, səfir bu vəzifədə yeni işə başlamasından qısa zaman sonra nazirin onu geri çağırması qurumun əməkdaşlarında da suallar yaradıb.
Tural Tağıyev
AzVision.az



Teqlər: Panama   Rusiya   Səfir  





Xəbər lenti