Saç tökülürsə, ürəyi qoruyun

Saç tökülürsə, ürəyi qoruyun
  30 Aprel 2013    Oxunub:1918
Keçəlləşən kişilərin ürəyin işemik xəstəliklərilə üzləşmək riski daha çoxdur. Yaponiyalı alimlər apardıqları araşdırmalardan sonra bu qənaətə gəliblər.
37 min kişinin xəstəlik tarixçələri araşdırılandan sonra bəlli olub ki, saçı tez tökülənlərin 32%-i ürəyin işemik xəstəliklərilə üzləşiblər. Əgər saçın tökülməsi 60 yaşdan tez olubsa, onda xəstəlik ehtimalı 44%-ə çatır.

Araşdırmaçılar hələ ki bu iki halın arasındakı əlaqəni izah edə bilmirlər. Ola bilər ki, keçəlləşmə - ürək xəstəliklərinə gətirən gizli simtomplardan biridir.

AzVision.az


Teqlər:





Xəbər lenti