Acgözlük ana bətnində başlayır

Acgözlük ana bətnində başlayır
  03 May 2013    Oxunub:2822
Avstraliyanın Adelaida Universitetinin araşdırmaçıları müəyyən ediblər ki, hamilə qadının yanlış qidalanma tərzi onun gələcək uşağının taleyinə də təsir göstərir.
Belə ki, hamilə qadın tərkibində yağ və şəkərin bol olduğu qidalardan (bu cür qidalara ingiliscə “junk food” deyilir) çox qəbul edərsə, bu, uşağın beynində qida mərkəzlərinin formalaşmasına təsir göstərir. Beyində opoidlər idtehsal olunur, bu isə “xoşbəxtlik hormonu” sayılan dofaminin ifrazına səbəb olur. Nəticədə beynin qida mərkəzlərinin həssaslığı azalır və insan xoşbəxtlik hiss etmək üçün qidalanmadan asılı vəziyyətə düşür. Belə insanlar özlərini xoşbəxt hiss edə bilmək üçün çoxlu yağlı və şəərli qida qəbul etməli olurlar.


Teqlər:  





Xəbər lenti