7 hərbiçimiz həlak olub

7 hərbiçimiz həlak olub
  04 May 2013    Oxunub:1317
Bu ilin 4 ayı ərzində Ermənistan silahlı qüvvələri 705 dəfə atəşkəs rejimini pozub, hər ki tərəfdən itkilər olub.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu Azərbaycanın bir qrup millət vəkili və ziyalılarından ibarət nümayəndə heyəti Azərbaycan-Ermənistan cəbhə xəttində, Beyləqan və Füzuli rayonlarındakı hərbi hissələrə baş çəkdikdən sonra səhra-döyüş şəraitində keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, düşmən atəşkəsi Ağdam, Füzuli, Xocavənd, Goranboy istiqamətində daha intensiv şəkildə pozub. Bu ilin 4 ayı ərzində Azərbaycanın 7 hərbçisi düşmən gülləsindən həlak olub.
"Bundan əlavə, təmas xətti boyunca ATƏT sədrinin şəxsi nümayəndəliyinin mandatına uyğun olaraq 9 dəfə monitorinq keçirilib", - o deyib.

Sabiroğlu qeyd edib ki, hər dəfə monitorinqin keçiriləcəyi haqqında məlumatlar yayıldıqda ermənilər cəbhə xəttində aktivlik nümayiş etdirirlər.(tredn)


Teqlər:





Xəbər lenti