Probleminizi həll etməyə qadirsinizmi?-TEST

Probleminizi həll etməyə qadirsinizmi?-TEST
  04 May 2013    Oxunub:2013
Yəqin ki, çoxlarınız “problemsiz insan yoxdur” fikri ilə razılaşarsınız. Bəs siz necə rastlaşdığınız problemlərin öhdəsindən gələ bilirsinizmi? Bu suala AzVision.az-ın sizə təqdim etdiyi testdən keçməklə cavab tapa bilərsiniz.
1. Problemləriniz və ya başınıza gələn xoş olmayan hadisələr barədə başqaları ilə bölüşürsünüzmü?

A) Xeyir. Bu mənə kömək etmir- 3
B) Hə. Münasib həmsöhbət varsa -1
C) Həmişə yox. Hərənin öz dərdi var -2

2. Probleminizə görə çox fikir edirsinizmi?

A) Həmişə , hər şeyi özümə dərd edirəm- 4
B) Hər şey vəziyyətdən asılıdır -0
C) Razılaşıram, çünki pis günün ömrü az olar -2

3. Çox fikirli olduğunuz halda nə edirsiniz?

A) Çoxdan arzuladığımı həyata keçirirəm -0
B) Yaxşı dostlarımla görüşürəm -2
C) Evdə otururam və özümə yazığım gəlir -4

4. Yaxın adamınız sizin xətrinizə dəyib. Bu halda nə edərdiniz?

A) Sakitcə bir kənara çəkilərəm -3
B) İzahat tələb edərəm -0
C) Dərdimi qulaq asmağa hazır olan adamla bölüşərəm -1

5. Xoşbəxt anlarda...

A) Bəxbəxtlik barədə düşünmürəm -1
B) Xoşbəxtliyimin bitəcəyi barədə fikirlər məni rahat buraxmır. -3
C) Həyatda problemlərin olduğunu da unutmuram -5

6. Psixiatrlara münasibətiniz necədir?

A) Onun xəstəsi olmaq istəməzdim -4
B) Onlar çoxlarına kömək edir -2
C) İnsan öz-özünə kömək etmək iqtidarındadır -3

7. Sizin fikrinizcə tale...

A) Həmişə sizi sınağa çəkir-5
B) Sizi gözümçıxdıya salır -2
C) Sizin tərəfinizdədir -1

8. Sevdiyiniz adamla dalaşandan sonra qəzəbiniz yavaş-yavaş soyuyur və siz nə baradə düşünürsünüz?

A) Keçmişdə olan xoş hadisələr barədə -1
B) Gizli qisas barədə- 2
C) Ondan çəkdiyiniz əziyyət barədə -3

Cavabları hesablayın və nəticələrlə tanış olun:

7-15 bal

Siz çətinliklərlə, hətta bədbəxtliklə də asanlıqla razılaşırsınız. Çünki onlara düzgün qiymət verməyi bacarırsınız. Əsası sizin özünüzə yazığınız gəlir (bir çoxlarına xas olan zəiflik). Sizin ruhi müvazinətinizi saxlamaq bacarığınıza qibtə etmək olar.

16-26 bal

Tez-tez öz taleyinizdən gileylənirsiniz. Problem və çətinliklərinizi başqalarının üzərinə tökməyi xoşlayırsınız. Kiminsə şəvqətinə ehtiyacınız var. Lakin yaxşı olardı ki, özünüzü idarə etməyi öyrənəsiniz.

27-36 bal

Öz problemlərinizin öhdəsindən gələ bilmirsiniz. Bəlkə elə buna görə onlar sizə əzab verirlər. Siz özünüzə qapanırsınız və tez-tez özünüzə yazığınız gəlir.

Səbinə Həsənova
Azvision.az



Teqlər:  





Xəbər lenti