Komitə sədri İslam Ensiklopediyasından danışdı

Komitə sədri İslam Ensiklopediyasından danışdı
  07 May 2013    Oxunub:1153
Bu ensiklopediya iki cildən ibarət olacaq.
“İslam Ensiklopediyası dini sahədə olan tələbatın ödənilməsinə, təbliğinə və boşluqların doldurulmasına xidmət edəcək”. AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov deyib. Komitə sədri bildirib ki, ensiklopediya iki cilddən ibarətdir.

“Ensiklopediyanın təkmilləşdirilməsi istiqamətində işləri davam etdirəcəyik. Ən gözəl nəticələr, sosial və ictimai layihələr məhz dini qurumların səyi nəticəsində həyata keçirilir. Həm milli-mənəvi dəyərlərimiz, həm də tolerant ölkə kimi bütün dinlər arasında münasibətlərin qurulması Azərbaycanda dinə olan etiqadın nəticəsidir”-deyə komitə sədri vurğulayıb.

Anar


Teqlər:  





Xəbər lenti