“Diffamasiya haqqında” qanun layihəsi qəbul olunacaq

“Diffamasiya haqqında” qanun layihəsi qəbul olunacaq
  07 May 2013    Oxunub:1570
Mətbuat şurası “Diffamasiya haqqında” qanun layihəsini hazırlayıb.
“ “Diffamasiya haqqında” qanun layihəsi Azərbaycan Mətbuat Şurasının gündəmindədir. Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Mətbuat Şurasının sədri bildirib ki, artıq onun rəhbərlik etdiyi şura “Diffamasiya haqqında” qanun layihəsini hazırlayıb.

“Bu qanun layihəsi ATƏT-in ekspertlər şurasında daha da təkmilləşdirilib. Biz həmin qanun layihəsini müvafiq qurumlara göndərmişik. İnanmaq istəyərəm ki, Azərbaycanın “Diffamasiya haqqında” qanun layihəsi qəbul olunacaq”-deyə şura sədri vurğulayıb.

Xatırladaq ki, “Diffamasiya haqqında” qanun layihəsi jurnalistlərin Cinayət Məcəlləsinin 147 və 148-ci, yəni böhtan və təhqir maddələri üzrə ittiham edilərək həbs olunmasının ləğvini nəzərdə tutur. Avropa Şurası, ATƏT də daxil olmaqla beynəlxalq təşkilatlar Azərbaycana bu qanunun qəbulunu tövsiyə edirlər.

Anar


Teqlər:  





Xəbər lenti