Sünnətin ən təhlükəli vaxtı

Sünnətin ən təhlükəli vaxtı
  07 May 2013    Oxunub:1841
Sünnətin doğru zamanda və savadlı həkimlər tərəfindən edilməsi vacibdir.
Deyildiyinə görə, sünnət uşağı bir çox xəstəliklərdən qoruyur. Amma sünnətin nə vaxt edilməsi də çox vaxt müəyyən müzakirələrə səbəb olur. Sünnətin doğru zamanda və savadlı həkimlər tərəfindən edilməsi vacibdir. Bəs nə vaxt uşağı sünnət etdirməliyik?

AzVision.az-ın məlumatına görə, türk mütəxəssislər sünnəti doğumdan sonra ilk 20 gündə və ya 7 yaşından sonra edilməsini məqsədəuyğun hesab edir. Bildirilər ki, digər yaşlarda sünnət edilməsi bəzi psixoloji problemlərə yol açır.

Mütəxəssislər xüsusilə də yay aylarında edilən sünnətlər haqqında məlumat verib. Bildirilir ik, sünnət həm dini həm də sağlıq cəhətdən böyük önəm daşıyır. “Uşaqlar üçün 2-6 yaş, xüsusilə də 4-5 yaş arası psixososial inkişaf dövrüdür. Bu yaşlarda uşaqda cinsi orqanının itirmək qorxusu yaranır, oğlanın anasında bağlılığı daha da qüvvətlənir”.

Həkimlər bildirir ki, yeni doğa uşaqların sünnət edilməsi sidik yolu infeksiyası riskini 10 dəfə azaldır.

Bildirək ki, yəhudilər sünnəti, oğlanın doğumundan etibarən 20 gün içərisində dini mərasimlə edirlər.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti