Məşhur geyim brendi iflasa uğradı

Məşhur geyim brendi iflasa uğradı
  07 Dekabr 2014    Oxunub:2418
Məşhur Niderland geyim istehsalçısı olan “Mexx” şirkəti iflası barədə rəsmi şəkildə açıqlama verib.
AzVision.az CTV News-a istinadən xəbər verir ki, bu qərar hələ dekabrın 3-ü Amsterdam məhkəməsi tərəfindən verilib.

İflasın səbəbləri arasında şirkət müxtəlif məhsulların satışının yubanmasını, Şərqi Avropada siyasi narahatlığı göstərib.

“Mexx” konkret vaxt açıqlamasa da, öz mağazalarının hamısını bağlamağı planlaşdırır. Şirkət rəsmisi Frits Kemp bildirib ki, bu müddətdən satılmamış mallara alıcı tapmağa sərf etmək üçün istifadə ediləcək.

Qeyd edək ki, “Mexx” markası Hindistandan olan immiqrant Rattan Çadxanın adı ilə bağlıdır. O, bu şirkəti 1980-ci ildə qurmuşdu.

“Mexx”in dünyanın 55 ölkəsində 800-dən çox mağazası var. Burada təxminən 6000-dən artıq insanın çalışdığı bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti