Obama filmə çəkiləcək

Obama filmə çəkiləcək
  08 Dekabr 2014    Oxunub:1806
2015-ci ilin iyul ayında ABŞ-da prezident Barak Obama və həyat yoldaşı Mişel Obamanın ilk görüşündən bəhs edən filmin çəkilişləri başlayacaq.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, rejissor Riçard Tanninin ekranlaşdıracağı "Southside With You" filmi Harvard universitetində təhsil alan tələbələr Barak Obama və Mişel Robinsonun romantik münasibətlərini əks etdirir. Onlar 1989-cu ildə Çikaqoda hüquq firmalarından birində tanış olublar, 1991-ci ildə nikah mərasimləri, 1992-ci ilin oktyabr ayında isə toyları baş tutub. Obamaların Maliya və Nataşa adlı qızları var. Cütlük ilk görüşləri barədə 2012-ci ildə prezident seçkiləri zamanı verdikləri müsahibədə danışıblar. Birinci xanımın rolunu aktrisa Tika Sampter oynayacaq. Prezidentin obrazını canlandıracaq aktyorun adı ilə hələ ki, bəlli deyil.

Qeyd edək ki, bu, ABŞ prezidentlərinin ailəsindən bəhs edən ilk film deyil. 1953-cü ildə Endryu Cekson və Reyçel Donelson Robardsdan bəhs edən "Prezidentin xanımı", 2008-ci ildə Corc və Lora Buşun sevgisini əks etdirən "Buş", 2011-ci ildə isə Kennedi ailəsinə həsr olunan "Kennedi ailəsi" filmləri böyük maraqla qarşılanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti