Elnur dünya ulduzu ilə veriliş aparacaq

Elnur dünya ulduzu ilə veriliş aparacaq
  11 Dekabr 2014    Oxunub:2264
“O səs Türkiyə” musiqi müsabiqəsində parlayan və türk mediasının diqqətini çəkən azərbaycanlı yarışmaçı Elnur Hüseynov Türkiyənin TV 8 kanalı ilə 1,5 milyon avroluq müqavilə imzalayıb. Elnur sözügedən kanalda böyük bir layihədə iştirak edəcək.

AzVision.az-ın məlumatına görə, bu barədə bakupost.az-a danışan Elnur bildirib ki, o, Adriana Lima ilə birlikdə moda verilişi aparacaq:

“TV8 kanalında çox böyük bir layihə başlayır. Bu verilişə Türkiyənin və dünyanın müxtəlif ölkələrindən məşhur oğlan və qız modellər qatılacaq. Qalib 20 milyon dollar qazanacaq.

Qalibləri münsiflər seçəcək. Mən aparıcılıqla yanaşı, həm də münsiflər heyətinə daxiləm. Digər üzvlər Adriana Lima, Meqan Foks, İvana Sertdir. Bu layihə ilə bağlı Acun bəylə bir illik müqavilə imzalamışam”.

Elnur onu da vurgulayib ki, veriliş Türkiyənin hündür binalarında çəkiləcək. Çünki məşhur modellər verilişə helikopterlə gələcək.


Teqlər:  





Xəbər lenti