Gürcüstanda növbəti “SOCAR” açıldı

Gürcüstanda növbəti “SOCAR” açıldı
  08 May 2013    Oxunub:1307
Gürcüstanda “SOCAR”-ın 105-ci yanacaqdoldurma məntəqəsi açılıb.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Gürcüstanda səfərdə olan ARDNŞ prezidenti Rövnəq Abdullayev mayın 8-də Tbilisidə “SOCAR” brendi altında fəaliyyət göstərəcək yeni qazdoldurma məntəqəsinin açılışında iştirak edib. ARDNŞ-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, açılış mərasimində ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, şirkətin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və nümayəndəliyin əməkdaşları da iştirak ediblər.

Müasir standartlara cavab verən yeni QDM Gürcüstanda “SOCAR” brendi ilə fəaliyyət göstərən sayca 105-ci yanacaqdoldurma məntəqəsidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti