ABŞ-ın Konnektikut Ştatı Xocalını tanıdı

ABŞ-ın Konnektikut Ştatı Xocalını tanıdı
  09 May 2013    Oxunub:1246
Baş Məclis Xocalı qətliamının tanınmasına dair sənəd qəbul edib
ABŞ-ın Konnektikut ştatının Hartford şəhərində 3-cü illik Türk Gününün (3rd Annual Turkic Day at the State Capitol) keçirilməsinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən AzVision.az-a verilən məlumata görə, tədbir zamanı Konnektikut ştatı Senatında çoxluq liderinin müavini senator Endryu Meynard (Andrew Maynard) və Nümayəndələr Palatası spikeri müavini Kevin Rayan (Kevin Ryan) Xocalı qətliamının anılması və tanınması haqqında onların təşəbbüsü ilə Konektikut Ştatının Baş Məclisi tərəfindən qəbul olunmuş sənədi tədbirdə iştirak edən Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri Məmməd Talıbova təqdim edib.

Çıxış edən M.Talıbov Konektikut ştatı Baş Məclisinin nümayəndələrinə Azərbaycan xalqı tarixinin bu ağrı dolu səhifəsinə diqqət yetirilməsi üçün təşəkkürünü bildirərək,8 mayın qədim tarixə malik olan Azərbaycan mədəniyyətinin mərkəzlərindən olan Şuşa şəhərinin işğalı günü olduğunu və Azərbaycan Respublikasının 20% ərazisinin 21 ildir ki, Ermənistan Respublikası hərbi qüvvələrinin işğalı altında olduğunu qeyd edib.

Bu kontekstdə, M.Talıbov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları əsasında tezliklə həll edilməsində ABŞ-ın daha fəal olmasının zəruri olduğunu bildirib.

AzVision.az




Teqlər:  





Xəbər lenti