“Orduda psixoloq ştatlarına ehtiyac var”

“Orduda psixoloq ştatlarına ehtiyac var”
  09 May 2013    Oxunub:1440
“Hər kəs ordudan çox şey istəyir, amma cəmiyyət üzvləri bu məsələdə yetərli aktivlik göstərmir”.
“Azərbaycanda hərbi xidmət sahəsində psixoloq ştatlarına ehtiyac var”. AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın hərbi prokuroru, Ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib. Azərbaycanın hərbi prokuror bildirib ki, psixoloq ştatlarının yaradılması məsələsi Hərbi Prokurorluq tərəfindən də dəfələrlə qaldırılıb.

“Bildiyiniz kimi hərbi xidmət şəraiti gərgindir. Bu baxımdan orduda psixoloq ştatları olmadan keçinmək mümkün deyil. ABŞ ordusunda hər yüz min nəfərə düşən intihar hadisələrinin sayı Azərbaycandakı analoji göstəricidən 2-3 dəfə çoxdur. Halbuki, ABŞ hərbi sistemində xidmət edənlərin tam əksəriyyəti muzdludur. İntihar hadisələri dünyanın hər bir ordusunda var, mülki həyatda da belə hadisələr qeydə alınır. Sadəcə olaraq mülki həyatda baş verən hadisələr cəmiyyətin diqqətini o qədər çox cəlb etmir. Buna görə də intihar hallarının qarşısını almaq üçün yalnız qanunun qüvvəsindən istifadə etmək yetərli deyil. Orduda psixoloq ştatları yaradılmalı və digər tədbirlər görülməlidir. Hər kəs ordudan çox şey istəyir, amma cəmiyyət üzvləri bu məsələdə yetərli aktivlik göstərmir”.

Xəstə əsgərlərin hərbi xidmətə cəlb olunması gəlincə, X.Vəliyevtəəssüflə qeyd edib ki, bəzi hallarda hərbi tibbi komissiyalar tərəfindən səhlənkarlığa yol verilir.

“Bununla bağlı həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidməti həm də Hərbi Prokurorluq tərəfindən zəruri tədbirlər görülür, lazım gələrsə, cinayət işi başlanılır. Müdafiə Nazirliyinin əmrinə əsasən, əsgər hərbi xidmətə gəldikdən sonra ilk aylar ərzində onun daha dəqiq müayinəsi aparılır və bunun nəticəsi olaraq onlarla şəxslər xəstəliyinə görə mülki həyata qayıdır. Elə faktlar da olur ki, gənc hərbi xidmətə sağlam şəkildə gəlir, sonra səhhətinə diqqətsizlik edir, özünü qorumur, xəstələnir. Bu da bəzən çox ciddi nəticələrə gətirib çıxarır”-deyə hərbi prokuror vurğulayıb.

Araz


Teqlər:  





Xəbər lenti