“Atəşkəs haqqında sazişə ciddi riayət edilməlidir”

“Atəşkəs haqqında sazişə ciddi riayət edilməlidir”
  09 May 2013    Oxunub:1256
ATƏT-in fəaliyyətdə olan sədri: “Azərbaycan və Ermənistan atəşkəs haqqında sazişə ciddi riayət etməlidir”
ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara iyunun 17-20-də Cənubi Qafqaz ölkələrinə səfər edəcək.

Bu barədə L.Kojara ABŞ-ın Helsinki Komissiyasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və Ermənistan arasında dialoq mühitinin yaradılması üzrə Minsk Qrupunun fəaliyyətini dəstəkləyir:

“Bunun üçün atəşkəs haqqında sazişə ciddi riayət edilməlidir”.(apa)


Teqlər:  





Xəbər lenti