Səhiyyə Nazirliyinə 845 şikayət daxil olub

Səhiyyə Nazirliyinə 845 şikayət daxil olub
  10 May 2013    Oxunub:1370
Səhiyyə Nazirliyinin Qaynar xətt (9103) xidmətinə 2013-cü il mart-aprel aylarında 845 müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, daxil olan müraciətlərin 601-i (82-si əsaslı, 396-sı isə əsassız, 123-ü cari problemlərlə bağlı şikayət), 26-sı - aidiyyəti üzrə deyil, 218-i sorğu xarakterli olub.

Qaynar xətt xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.


Teqlər:





Xəbər lenti