Abid Şərifov: “Bu məsələ araşdırılır”

Abid Şərifov: “Bu məsələ araşdırılır”
  10 May 2013    Oxunub:1518
“Sovet dövründə vətəndaşlar üçün tikilən binalar dövlət komissiyası tərəfindən təsdiq olunaraq vətəndaşların istifadəsinə verilib.”
. AzVision.az xəbər verir ki, bu sözləri Baş nazirin müavini Abid Şərifov deyib. O, bildirib ki, bununla yanaşı vətəndaşlara orderdə verilib.

A.Şərifovun sözlərnə görə, qaçqın və məcburi köçkünlər müvəqqəti yaşadığı yerlərdən köçürüldükdən sonra bu binalarda yoxlamalar aparılmalı, istifadəyə yararlı olub-olmadığı araşdırılmalıdır.

Onun sözlərinə görə, hər bir obyekt təyinatından asılı olmayaraq dövlət komissiyası tərəfindən qəbul olunmalıdır. Buna birmənalı qiymət vermək çox çətindir: “Hələ Sovet dövründən qalmış yaşayış binaları dövlət komisiyası tərəfindən qəbul olunub, vətəndaşlara order verilir. Hələki bu məsələdə problemlər çoxdur. Nə layihə, nə sifarişçi, nə fabrik nə də zavod var. Onlar hazırda özəlləşdirilib. Sovet dövründən qalmış nazirliklərinin binalarında yoxlamalar aparılmalıdır. Bu da çətin məsələdir”.

A.Şərifov bildirib ki, məsələni öz yoluna qoymaq üçün bu istiqamətdə işlər aparılır. Bu məsələdə günahkar dövlət komisiyası tərəfindən qəbul olunmuş binalara order verənlərdədir.

Baş nazirinin müavini bildirib ki, bəzi yerlərdə bu məsələlərə baxılır və yəqin ki, yaxın vaxtlarda bu, həll olunmalıdır.

Anar


Teqlər:  





Xəbər lenti