XİN: “Qəbələ RLS-in bağlanması işi davam etdirilir”

XİN: “Qəbələ RLS-in bağlanması işi davam etdirilir”
  10 May 2013    Oxunub:1264
“Dövlət komissiyaları Qəbələ Radio Lokasiya Stansiyasının (RLS) bağlanması ilə bağlı işlərini davam etdirir”.
AzVision.az xəbər verir ki, bu sözləri xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“Biz bütün məsələlərin razılaşdırılmasına nail olmuşuq. Bütün sənədlər imzalanıb. Rusiyaya məxsus olan əmlakın inventarizasiyasını aparmışıq. Əmlakların daşınması ilə bağlı bütün təşkilatı məsələləri öz həllini tapıb. Hazırda prosses davam edirilir. Bu əmlakın böyük hissəsi Rusiyaya aparılıb. Kiçik bir hissəsi qalıb ki, bizim müəyyən etdiyimiz cədvəl çərçivəsində həyata keçirilir. Yaxın həftələrdə bu proses yaxın həftələrdə başa çatdırılacaq. Bununla bağlı biz eyni zamanda stansiyada çalışan kontengentin və onların əmlakının daşınması üçün bütün lazımi şərait yaradılıb”-deyə, Xələf Xələfov əlavə edib.

Anar


Teqlər:  





Xəbər lenti