Topçubaşovun yeni əlyazmaları tapıldı

Topçubaşovun yeni əlyazmaları tapıldı
  27 Dekabr 2014    Oxunub:2118
Azərbaycanlı alim Solmaz Rüstəmova -Tohidi Fransanın paytaxtı Parisdə Şərqi Avropa, Rusiya və Qafqaz Araşdırmalar Mərkəzində olub.
AzVision.az-ın AzerTac-a istinadən məlumatına görə, S. Rüstəmova – Tohidi Parisdə Beynəlxalq Sosial Tarix İnstitutunun nəzdindəki Şərqi Avropa, Rusiya və Qafqaz Araşdırmalar Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Əlimərdan bəy Topçubaşovun arxivi saxlanıldığını deyib: “Arxivdə on mindən çox məktub, fransız, ingilis dillərində sənədlər, memorandumlar var: “Onların arasında 1905-ci, 1915-ci və 1918-1920-ci illərə dair çoxlu sənəd, müxtəlif fotoşəkillər, Əlimərdan bəy Topçubaşovun əlyazmalarını, ermənilərin regionumuzda törətdikləri qanlı qırğınlara dair məlumatlar tapdım. Fransadan gətirdiyim həmin sənədlər tariximiz üçün olduqca dəyərli mənbələrdir və bu sənədlər dərindən araşdırılacaq”.


Teqlər:





Xəbər lenti