Qız Qalası və “Şirvanşahlar” pulsuz oldu

Qız Qalası və “Şirvanşahlar” pulsuz oldu
  27 Dekabr 2014    Oxunub:2620
Dekabrın 27-dən yanvarın 5-dək "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi muzey ekspozisiyalarına sərbəst giriş kampaniyası keçirilir.
AzVision.az-ın verdiyi məlumata görə, hər saatın əvvəlində bu muzey ekspozisiyalarına, həmçinin bələdçi ilə turlar da təşkil olunacaq. Belə ki,10 gün müddətində paytaxt sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən sözügedən muzey ekspozisiyalarla ödənişsiz tanış olmaq imkanı əldə edəcəklər.

Muzeylərə sərbəst giriş kampaniyası "bp" Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.

Qeyd edək ki, dekabrın 31-də muzeylər saat 16:00-dək fəaliyyət göstərəcək, yanvarın 1-də isə bağlı olacaq.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti