Deputat Elnur Hüseynovla görüşdü - FOTO

Deputat Elnur Hüseynovla görüşdü  - FOTO
  29 Dekabr 2014    Oxunub:3601
Millət vəkili Qənirə Paşayeva Türkiyədəki “O Ses Türkiye” Mahnı Müsabiqəsində iştirak edən və uzun müddət adından söz etdirən sənətçi Elnur Hüseynovla görüşüb.
AzVision.az-ın məlumatına görə, deputat bildirib ki, o Elnurla maraqlı söhbət edib:

“Türkiyədə yaşayan gənc sənətçimiz Elnur və moda dünyasında tanınmış Günay xanımla Bakıda maraqlı söhbət etdik. Elnura "O Ses Türkiye" yarışında iştirakının ilk günündə uğurlar diləmişdim və geniş söhbət etdik. Ümid edirəm ki, səsi və istedadı ilə Türkiyəni özünə heyran edən Elnur öz üzərində daha da çox çalışaraq qardaş Türkiyə ilə bərabər bütün dünyada tanınan bir sənətçi olacaq. Moda sektorunda tanınmış insanlar olan əziz Gülnarə və Günay xanıma və Elnura qarşıdan gələn 2015-ci ildə daha da böyük uğur və xoşbəxliklər arzuladıq”.


Teqlər:  





Xəbər lenti