“İlham Əliyevi dəstəkləməyib, kimi dəstəkləyəcəklər?”

“İlham Əliyevi dəstəkləməyib, kimi dəstəkləyəcəklər?”
  13 May 2013    Oxunub:2035
“Gənclərin Prezident İlham Əliyevin dəstəkləməsini alqışlayıram, hesab edirəm ki, bu, sizin şüurlu seçiminizdir”.
Bu gün Gənclər və İdman Nazirliyinin yanında fəaliyyət göstərən Gənclərlə İş üzrə İctimai Şuranın iclası keçirilib.

AzVision.az xəbər verir ki, Şuranın iclasında Prezident Administrasiyasnın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib.
O, gənclərin Prezident İlham Əliyevin dəstəkləməsini alqışladığını və bunu onların şüurlu seçiminin göstəricisi olduğunu vurğulayıb:

“Azərbaycan dövlətinin gənclər siyasəti bilavasitə gənclərin iştirakı ilə formalaşır, onların iştirakı ilə həyata keçirilir və bu siyasətin həm formalaşması, həm də həyata keçirilməsi mərhələsi, həm də gələcəklə bağlı planlar gənclərdən gəlir”.

Ə.Həsənov bildirib ki, gənclərin çıxışını dinlədikcə, sabaha daha arxayın addımlamaq və gələcəyə ümidlə baxmaq olar:

“Əgər vətəndaş nikbindirsə, deməli sabaha ümid və inam var. İnsanların fəaliyyəti şüurludursa, konkret hədəflərə ünvanlanıbsa, o siyasəti yürüdənlər iradəlidirsə, deməli, müvəffəqiyyətdən danışmaq olar. İlham Əliyevin prezident seçkilərində namizədliyinin dəstəklənməsi əminəm ki, sizdən gələn ideyadır. Bunu sizə nə Gənclər və İdman Nazirliyi, nə də Prezident Administrasiyası məcbur etməyib və ya müdaxilə etməyib. Əminəm ki, bu seçiminizdə yanılmamısınız, şüurlu seçim etmisiniz. Düşünürəm ki, İlham Əliyevin indiyə kimi idarəçiliyində olduğu kimi siz gənclər onun fəaliyyətində bilavasitə əsas iştirakçılardan biri olacaqsınız".

PA rəsmisi bildirib ki, İlham Əliyevin yenidən prezidentliyə namizədliyinin dəstəklənməsi və onun 3-cü dəfə prezident seçilməsi üçün gənclərin iradəsi ortadadır:

"Bu iradəni dəyərləndiririk. Əminəm ki, qarşıdan gələn seçkilərdə, İlham Əliyevin namizədliyi rəsmi şəkildə irəli sürüləndən sonra gənclər təşkilatları şüurlu şəkildə İlham Əliyevin gələcək fəaliyyətində özünü, təşkilatını və gələcəyini görəcəklər. İlham Əliyevin bugünkü gənclər siyasəti nəyə yönəlir? Gənclər siyasəti ilə bağlı Dövlət proqramına 100 milyondan artıq vəsaitin ayrılması nəzərdə tutulub. Faktiki olaraq, təhsil, sosial və digər layihələrimiz də gənclərlə bağlıdır".



Teqlər:  





Xəbər lenti