“Gülər Əhmədovanın psixotrop dərmanları qəbul etməsi yalandır”

“Gülər Əhmədovanın psixotrop dərmanları qəbul etməsi yalandır”
  13 May 2013    Oxunub:1477
“Prezidentə ərizə göndərmişik”
Gülər Əhmədovanın psixologiyasında problemlər yaranıb, əsəbləri korlanıb, ürəyi ağrıyır. Özünü nasaz hiss edir. Bu mənada səhhətində problemlər var. Onun psixotrop dərmanları qəbul etməsi xəbəri yalandır. Bu sözləri AzVision.az-a açıqlamasında sabiq deputat Gülər Əhmədovanın vəkili Əfsər Talıbov deyib. Vəkil bildirib ki, Gülər Əhmədovanın işi ilə bağlı Appellyasiya məhkəməsinə müraciət olunub, məhkəmənin olacağı tarixi gözləyirlər:

“Appellyasiya məhkəməsinə şikayət etmişik,gözləyirik ki, nə vaxt olacaq. Hələ ki, bir xəbər yoxdur. Bildiyiniz kimi, prezidentə də ərizə göndərilib, hələ ki, bir cavab yoxdur”.

Sabiq deputatın ailəsi ilə görüşməyinə gəldikdə, milət vəkili bildirib ki, ailə, görüş məsələlərinə baxmır: “Bu məsələrə mən baxmıram, maraqlanmıram da, amma özüm mütəmadi olaraq, onunla görüşürəm. Sabah da onunla görüş təşkil olunacaq”.

Qeyd edək ki, bir müddət əvvəl ölkə prezidentinə, Milli Məclisə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, baş Prokuror Zakir Qaralova, Bakı şəhər prokuroru Əziz Seyidova istintaqda heç bir prosessual hərəkət qaydalarının aparılmadığı və Gülər Əhmədova haqqında qərəzli həbs-qəti imkan tədbiri seçildiyi barədə müraciət edilib.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti