İlham Əliyev Avstriyada TANAP layihəsindən danışıb

İlham Əliyev Avstriyada TANAP layihəsindən danışıb
  13 May 2013    Oxunub:1440
“TANAP layihəsi Azərbaycan qazı üçün Avropaya qapı açmış olacaq”.
Avstriya kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, bu fikirləri Vyanada keçirdiyi mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev söyləyib. TANAP layihəsini yüksək qiymətləndirən prezident jurnalistlərin Rusiyanın rəqib “Cənub axını” layihəsini belə şərh edib: “Biz rəqabətdən qorxmuruq. Əksinə, rəqabət uğur əldə etmək üçün, istehlakçılar və hasilatçılar üçün müsbət amildir. Enerji resurslarının diversifikasiyası təkcə bu resursların nəqli üçün yeni marşrutların açılması deyil. Azərbaycanın timsalında bu bazar üçün yeni mənbə və yeni marşrut deməkdir”.

Avstriya prezidenti Haynts Fişer öz növbəsində ölkələrimizin energetika sahəsində əməkdaşlığını yüksək qiymətləndirib. O iyunda Azərbaycan qazını Avropaya çıxaracaq layihənin müəyyənləşəcəyini xatırladıb.

Azərbaycan prezidenti ilə bir sıra ikitərəfli layihələri müzakirə etdiyini deyən Xaynts Fişer energetika, infrastruktur, turizm, səhiyyə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi apardıqlarını vurğulayıb. (apa)


Teqlər:  





Xəbər lenti