Mehriban Əliyeva Avstriyanın tarixi obyektlərində - FOTOLAR

Mehriban Əliyeva Avstriyanın tarixi obyektlərində - FOTOLAR
  14 May 2013    Oxunub:1592
Mayın 13-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Vyanada Hofburq saray kompleksində yerləşən İmperiya Xəzinəsi ilə tanış olub.

Əvvəlcə Mehriban xanım Əliyeva və Avstriyanın birinci xanımı Margit Fişer Hofburqda bu sarayın qədim görüntülərini əks etdirən rəsm əsərlərinə baxıblar.

Azərbaycanın birinci xanımına məlumat verilib ki, hazırda muzey kimi fəaliyyət göstərən İmperator Xəzinəsində Habsburqlar sülaləsinin ailə xəzinəsi, incəsənət kolleksiyası, müxtəlif dövrlərdə imperatorlara təqdim edilmiş qiymətli hədiyyələr saxlanılır. İmperiya Xəzinəsi XVI əsrdə yaradılmış, XVIII əsrdə isə hazırkı məkanına köçürülmüşdür. Burada Avropa tarixinin min ildən artıq dövrünə aid dəyərli eksponatlar nümayiş etdirilir.

Azərbaycanın birinci xanımı İmperiya Xəzinəsində nümayiş etdirilən eksponatlarla tanış olub. Mehriban xanım Əliyeva İmperiya Xəzinəsinin xatirə kitabına ürək sözlərini yazıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Hofburq saray kompleksinin tərkibində yerləşən İspan Atçılıq Məktəbində də olub.

Daha sonra Azərbaycanın birinci xanımı Vyananın mərkəzində yerləşən Müqəddəs Mixael Kilsəsi ilə tanış olub.

Qalereya




Teqlər:  





Xəbər lenti