Aprel ayında muzdla çalışan işçilərin sayı

Aprel ayında muzdla çalışan işçilərin sayı
  14 May 2013    Oxunub:1728
2013-cü ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 404,7 manat təşkil edib.
2013-cü ilin aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1479,3 min nəfər olub və onlardan 901,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 578,1 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, muzdla işləyənlərin 22,8 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,8 faizi sənayedə, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,0 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 16,7 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2013-cü ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 404,7 manat təşkil edib, keçən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artıb. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əmək haqqı daha yüksək olub.

AzVision.az



Teqlər:  





Xəbər lenti