Timsah “Bavariya”nın futbolçusunu dişlədi

Timsah “Bavariya”nın futbolçusunu dişlədi
  17 Yanvar 2015    Oxunub:3634
Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Aryen Robbeni timsah dişləyib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Hazırda 30 yaşlı hollandiyalı futbolçu klubla birgə məşqlərdə iştirak edir. Lakin onun əlində xüsusi sarğı var.

“Bilyard oynadığım vaxt məni timsah dişlədi”, - deyə Robben Almaniyanın “Bild” qəzetinə açıqlamasında bildirib.

Qeyd edək ki, hazırda Münhen təmsilçisi Qətərdə təlim məşq toplanışındadır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti