Milli Məclis başladı

Milli Məclis başladı
  14 May 2013    Oxunub:1503
Azərbaycan Milli Məclisinin növbəti plenar iclası öz işinə başlayıb
AzVision.az Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, bugünkü iclasda 7 məsələ müzakirə olunacaq:

1. "Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında Saziş"ə düzəlişlərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

2. "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

3. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

6. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

7. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin layihəsi haqqında.


Teqlər:





Xəbər lenti