“Soyqırım Abidəsi və Soyqırım Muzeyi yaradılsın”

“Soyqırım Abidəsi və Soyqırım Muzeyi yaradılsın”
  14 May 2013    Oxunub:1738
“Soyqırım Abidəsi Şəhidlər Xiyabanında görkəmli bir yerdə salınsın”
AzVision.az xəbər verir ki, Milli Məclisin bugünki plenar iclasında Xocalıdan seçilən millət vəkili Elman Məmmədov rəsmi ziyarət protokollarına Xocalı Soyqırım abidəsinin ziyarəti salınmasını təkilif edib:

“Ermənilər “Qondarma Erməni Soyqırımı” na artıq 1950-ci illərdə abidə qoyublar. Biz isə nədənsə bu işdə ləngiyirik.Ulu Öndərin verdiyi sərəncamda xüsusilə qeyd olunub ki, Bakıda Soyqırım Abidəsi və Soyqırım Muzeyi yaradılsın. Xocalı ilə bağlı abidə var. Amma yalnız ildə bir dəfə ziyarət olunur. Bəzən deyirlər ki, bura gələn dövlət nümayəndələri həmin soyqırımı tanımır . Tanınmasın, biz təklif edək, gedərlər, lap yaxşı”.

Millət vəkili təklif edib ki, Soyqırım Abidəsi Şəhidlər Xiyabanında görkəmli bir yerdə salınsın: “Bu, bir kompleks olardı. Gələn xarici nümayəndə könülsüz olsa da, buranı ziyarət etməyə məcbur olacaq”

AzVision.az


Teqlər:  





Xəbər lenti