Gülər Əhmədova Avropa Məhkəməsinə müraciət edəcək

Gülər Əhmədova Avropa Məhkəməsinə müraciət edəcək
  14 May 2013    Oxunub:1328
Vəkil: “Məhkəmədə də səhhətinin yaxşı olmadığı hiss olundu“
“Bu gün Bakı Apellyasiya məhkəməsində sabiq deputat Gülər Əhmədovanın məhkəmə işinə baxılsa da, şikayəti təmin edilməyib”. Bu barədə Azvision.az-a açıqlamasında sabiq deputatın vəkili Əfsər Talıbov deyib. O, bildirib ki, bu gün Gülər Əhmədovanın şikayətinə baxıldı və Səbail Rayon məhkəməsinin şikayəti qüvvədə qaldı. Vəkil qeyd edib ki, Avropa məhkəməsinə müraciət etmək barəsində düşünürlər.

Sabiq millət vəkilinin səhhətinə gəlincə vəkil bildirib ki, səhhətində problemlər qalmaqda davam edir: “Səhhətində problemlər var, bu gün də məhkəmədə də səhhətinin yaxşı olmadığı hiss olundu”.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti