İbad Hüseynov: “Müalicələrimi davam etdirmirəm, çünki…”

İbad Hüseynov: “Müalicələrimi davam etdirmirəm, çünki…”
  14 May 2013    Oxunub:2738
“İşlə bağlı heç kəsə müraciət etməmişəm”
“Azərbaycan bayrağı" ordenli keçmiş döyüşçü və kəşfiyatçı İbad Hüseynov hazırda özünü yaxşı hiss edir. Bu barədə AzVision.az-a açıqlamasında Milli Qəhrəmanın özü məlumat verib:

“İndi səhhətim çox yaxşıdır. Bir ay bundan əvvəl çox ciddi problemlərim var idi. Müharibədən aldığım zədə nəticəsində kəllə-beyin travması almışdım. Əvvəllər də ağrılarım var idi, müalicə olunurdum,amma sonradan gördüm ki, vəziyyətim ağırlaşdı. Türkiyədə çox yaxşı müalicə aldım və əməliyyat olundum. Bir müddət müalicə alandan sonra qayıtdım. İndi heç bir problemim qalmayıb. Başımda və boynumda sıxıntılar var idi”-deyə, İ.Hüseynov bildirib.

İbad Hüseynov müalicələrini davam etdirmədiyini söyləyib: “Müalicəmi davam etdirmirəm, çünki yaxşıyam. Mənə zənglər gəlir, insanlar sağaldığıma çox sevinirlər. Hazırda heç bir işlə məşğul olmuram. İş barəsində isə heç kəsə müraciət etməmişəm. Birinci qrup Qarabağ əliliyəm. İşdən başqa səhhətimi qorumağa çalışıram “

Qeyd edək ki, İbah Hüseynovun ay əvvəl səhhəti kəskin olaraq pisləşib. Onu təcili olaraq Türkiyəyə xəstəxanaya aparıblar.

Xatırladaq ki, “Azərbaycan Bayrağı” ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri İbad Hüseynov Qarabağ müharibəsi qəhrəmanı kimi tanınır. O, 1993-cü il 12 iyun tarixində məşhur erməni terrorçu Monte Melkonyanı Ağdamda öldürməsiylə məşhurdur. Azərbaycanın “Rembo”su kimi tanınan İ. Hüseynovun başını gətirəcək şəxs üçün Ermənistanda 12 milyon pul ayrılıb

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti